Naftalanda yaşayış binasında yanğın olub, zəhərlənənlər var

image

Naftalanda yaşayış binasında yanğın olub.

Defakto.az "Report"a istinadən məlumatına görə, yanğın Naftalan şəhər ərazisində yerləşən 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərin birində qeydə alınıb.

Nəticədə 1973-cü il təvəllüdlü U.Əhmədova və onun oğlu B.Əhmədov tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.