Aliment borcunu ödəyə bilmədiyinə görə 3-cü dəfə həbs edildi

image

Daşəkəsəndə aliment borcunu ödəyə bilməyən şəxs üçüncü dəfə inzibati qaydada həbs edilib.

Defakto.az “musavat.com”a istinadən xəbər verir ki, Daşkəsən rayonu, Çıraqlı kənd sakini 37 yaşlı Rəşad (ad şərtidir) illərdir alimetn borcunu ödəyə bilmir. 

Aylıq 400 manat aliment ödəməli olan Rəşadın bu günə olan borcu 15 min manatdır.

Rəşad aliment borcunu ödəmədiyi üçün bu günə qədər iki dəfə inzibati qaydada həbs edilib. Daha əvvəl 10 və 15 sutka həbsdə olan Rəşad bu dəfə 25 sutka həbs cəzası alıb.