Xırdalanda 35 yaşlı kişi qətlə yetirilib

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Defakto.az “Report”a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.