Sumqayıtda məktəblini yük maşını vuraraq öldürüb

image

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Defakto.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən 8-ci sinif şagirdini yük avtomobili vurub. Məktəbli hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.