Xəstəxanada müayinə zamanı öldü

image

Gəncə şəhərində xəstəxanalardan birinə müayinəyə gedən qadın tibb müəssisəsində ölüb.

Defakto.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçən zaman həyatını itirib.

Hazırda qadının hansı səbəbdən vəfat etməsi ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, R. Bayramovanın 4 övladı var.