Daha Türkiyədən almırıq: Kəskin dəyişikliyin səbəbləri

image

Türkiyədən Azərbaycana geyim ixracı son aylarda nəzərəçarpacaq şəkildə azalıb. Rəsmi statistikalar da bunu göstərir. Belə ki, Ticarət Nazirliyinin açıqlamasına görə, bu ilin əvvəlində Türkiyədən Azərbaycana geyim ixracı ötən ilə nisbətən xeyli azalıb.

Bəs bu azalmanın səbəbi nədir?

Mövzu ilə bağlı Defakto.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi münasibətlərin artmasına rəğmən Türkiyənin ölkəmizə ixrac etdiyi geyim məhsullarının həcmində ciddi şəkildə azalmalar bəzi hallarda şərh edildiyi kimi istehlakçı davranışlarının dəyişməsi ilə əlaqədar deyil. 

Onun fikrincə, bu, tamamilə yanlış izahdır: “Burada bir neçə əsas faktor var. Bunlardan birincisi logistik xərclərin artması, Türkiyədə olan inflyasiya, Azərbaycanın yerli bazarlarında olan məhsulun qiyməti ilə onlayn sifarişlə əldə edilən məhsulun qiyməti arasında olan fərqin azalmasıdır. Digər bir səbəb isə əlavə bazar oyunçularının meydana çıxmasıdır. Əlavə oyunçuların bazarda mövcudluğu, yaranması təbii olaraq Türkiyədən gələn idxalın səviyyəsinə öz təsirini göstərir. 

512077

Əsas iki səbəb var. Müştərilər vərdişlərini çox nadir hallarda dəyişirlər. Hələ orada qiymətlə bağlı müştərinin xeyrinə olan bir vəziyyət varsa, o zaman vərdiş ümumiyyətlə dəyişmir. Əgər müştəri istiqamətini dəyişibsə, deməli, burada müştəri üçün sərf etməyən məqamlar var. Bunlardan biri qiymət faktorudur. İkincisi, digər alternativ bazar iştirakçısının olmasıdır. Əlavə olaraq xidmət keyfiyyətinin dəyişməsini də qeyd edə bilərik”.

Həmidə İbrahimova