Azərbaycanda qayınata gəlinini öldürməkdə şübhəli bilinir - YENİLƏNİB

image

Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətindən Defakto.az-a bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

Tərtərdə qətl hadisəsi baş verib.

Defakto.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. 

Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü qayınata Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.