Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb

image

Beyləqan rayon sakini elektrik dirəyindən yıxılıb.

Defakto.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, 1959-cu il təvəllüdlü Murtuzəli İsmayılov elektrik dirəyinə çıxaraq gərginlik xəttində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.

M.İsmayılov aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.