Jirinovskinin xarici pasportu 1,1 milyona satıldı

image

Sankt-Peterburqda Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin xarici pasportu hərracda 1,1 milyon rubla satılıb.

Defakto.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Şimal Hərrac Evi” məlumat yayıb.

Məlumata görə, satışın başlanğıc qiyməti 100 min rubl olub. Siyasətçi sənəddən 1992-1997-ci illərdə istifadə edib. Pasportda sərhəd xidməti möhürləri, Jirinovskinin şəxsi vizaları və avtoqrafı var.