Samuxda avtomobillər toqquşub - xəsarət alanlar var

Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.
Defakto.az "Report"a istinadla xəbər verir ki, hadisə iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.