Ukrayna səfərbərlik haqqında qanunu dəyişdirir

Ukraynanın təhsil nazirinin müavini Mixaylo Vinnitski bəyan edib ki, Ukrayna hökuməti 25 yaşından sonra peşə məktəbi və universitetlərə daxil olmuş tələbələri möhlət hüququndan məhrum etməyi planlaşdırır.
Defakto.az xəbər verir ki, onun sözlərindən Strana.ua sitat gətirib.
"Səfərbərlik haqqında qanuna edilən dəyişikliklərə indi Ali Rada baxacaq", - o qeyd edib.
Vinnitskinin fikrincə, əgər şəxs peşə təhsili və ya peşəkar ali təhsil almağa gedirsə və onun yaşı 25-dən yuxarıdırsa, o zaman səfərbərlikdən möhlət olmayacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl amerikalı jurnalist və ictimai xadim Ben Şapiroya müsahibəsində bildirib ki, Ukraynada məcburi səfərbərlik halları təcrid olunub və ukraynalıların əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinə könüllü qatılıblar. Onun sözlərinə görə, ərazi işə qəbul və sosial dəstək mərkəzinin (Ukraynanın hərbi uçotunu və əhalinin səfərbərliyini və daşınmasını aparan hərbi komandanlıq) əməkdaşlarının hər bir məcburi səfərbərliyə görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cəzalandırıldığı iddia edilir.(Publika.az)