Ferstappen birinci oldu

image

"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərən pilot müəyyənləşib.

Defakto.az xəbər verir ki, "Red Bull" sürücüsü Maks Ferstappen birinci olub.

"Maklaren" komandasından Oskar Piastri ikinci, "Mercedes"dən Corc Rassel üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Qran-pridə əsas yarış aprelin 20-də baş tutacaq. Bakıdakı mərhələ sentyabrın 19-21-də gerçəkləşəcək.