Bu klub Mahiri transfer etmək istəyir

image

Almaniyanın II Bundesliqa klubu "Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə eyni liqa təmsilçisi "Herta"dan transfer təklifi gəlib.

Defakto.az xəbər verir ki, bu barədə Oxu.az-a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, Mahir son günlər Berlin təmsilçisinin diqqət mərkəzindədir. 27 yaşlı hücumçuya başqa klublardan da təkliflər var, mövsüm bitəndən sonra futbolçu təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.