Suares Messinin dünya çempionatı planlarından DANIŞDI

image

"İnter Mayami"nin hücumçusu Luis Suares dostu və komanda yoldaşı Lionel Messinin gələcəklə bağlı planlarını bölüşərək, karyerasının mümkün sonunu şərh edib.

Defakto.az Lent.az-a istinadla bildirir ki, Suares Lionellə son söhbətində ona 2026-cı il dünya çempionatında oynamaq istədiyini söylədiyini deyib.

"Karyerasını başa vurması? Messi mənə dedi ki, 2026-cı il dünya çempionatında oynamaq istəyir.
Biz yaxın gələcəkdə karyeramızı bitirməyi düşünmürük”, - Luis vurğulayıb.