Ronaldodan Perezə tövsiyə

image

"Real Madrid"in sabiq hücumçusu Kriştiano Ronaldo "kral klubunun" prezidenti Florentino Perezə tövsiyə verib.

Defakto.az xəbər verir ki, portuqaliyalı "Real"ın prezidentinə "Mançester Yunayted"in hücumameylli yarımmüdafiəçisi Brunu Fernandeşi transfer etməyi tövsiyə edib. Ronaldo və Fernandeş Portuqaliya millisində komanda yoldaşıdır. "Qırmızı şeytanlar" 30 yaşlı futbolçunu satmaq istəməsələr də, onun üçün 90 milyon avro qiymət müəyyən ediblər. Bildirilir ki, Fernandeş Karlo Ançelottinin rəhbərliyi altında "Real"ın heyətində oynamaq üçün lazım olan keyfiyyətlərə malikdir.

Qeyd edək ki, Fernandeş bu mövsüm bütün turnirlərdə ümumilikdə 47 oyunda iştirak edib, 16 qol vurub və 18 qol ötürməsi ilə yadda qalıb. Onun klubla olan mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 55 milyon avro təşkil edir.  (Offsideplus.az)