Maşın tunelin üzərindən əks yola "uçdu" - Bakıda dəhşətli qəza (VİDEO)

image

Bakının Nizami rayonunun Heydər Əliyev prospektində baş verən qəzanın görüntüləri yayılıb.

Defakto.az qəzanın görüntülərini təqdim edir:

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakının Nizami rayonunun Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib:

“Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür”.