ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş

image

Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Heydər Əli oğlu Xankişiyev şəhid övladıdır.

Defakto.az Xəzər TV-yə istinadən bildirir ki, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.

O, Birinci Qarabağ müharibəsinin şəhidi Əli Şahlar oğlu Xankişiyevin övladıdır.

Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Defakto.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində onun sağ ayağının topuq nahiyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş