Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi

image

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Defakto.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun övladları - 2010-cu il təvəllüdlü Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların yaşadıqları evdə qidadan zəhərləndiyi bildirilir.