Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib

Gəncədə 23 yaşlı gənc oğlanın boğazı kəsilib.
Defakto.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü N.Rüstəmov boğazının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.