Mixael Şumaxer ilk dəfə baba oldu

image

Əfsanəvi "Formula-1" pilotu, yeddiqat dünya çempionu Mixael Şumaxerin qızı Cina Şumaxer uşaq dünyaya gətirib.

Defakto.az xəbər verir ki, bu barədə "Championat" məlumat verib.

Beləliklə, 55 yaşlı Mixael və həyat yoldaşı Korina baba və nənə olublar. Martın 29-da Cina Şumaxerin qızı dünyaya gəlib.

"Dünyaya xoş gəlmisən, Milli. Sən həyatımızda olduğuna görə çox xoşbəxtik", - Cina sosial şəbəkədə yeni doğulan qızının əlinin fotosunu yerləşdirərək yazıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayının sonunda Cina Şumaxer 2017-ci ildən münasibətdə olduğu idmançı Yan Betke ilə ailə həyatı qurub.

Mixael və Korinna Şumaxerin iki övladı var - qızı Cina-Mariya və oğlu Mik.

Xatırladaq ki, ötən həftə Mixael Şumaxerin artıq öz yaxınları ilə məlumat verilmişdi.