Bakıda 67 yaşlı kişi küçədə yıxıldı: Başı səkiyə dəyərək öldü

Bakıda bədbəxt hadisə ölümlə nəticələnib.
Defakto.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə aprelin 3-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1958-ci il təvəllüdlü Ələddin Hüseynov ehtiyatsızlıqdan yıxılıb və başı səkiyə dəyib. O, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.