"TikTok" yarım milyard avro cərimələnəcək

image

İrlandiyanın Məlumatların Müdafiəsi Komissiyası Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsini 500 milyon avro məbləğində cərimələyəcək.

Bu barədə Defakto.az "Bloomberg" agentliyinə istinadla xəbər verir.

Cərimənin səbəbi "TikTok" servisinin avropalı istifadəçilərin məlumatlarını Çinə ötürməsi ilə bağlıdır.

Cərimənin təyin edilməsi haqqında qərar aprelin sonuna qədər qəbul ediləcək.