Azərbaycanın ən böyük tərəfdaşı ilə ticarət dövriyyəsi 7 milyard dolları keçib

image

Azərbaycan və İtaliya arasında 2025-ci ilin yanvar–iyul aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 7 milyard 498 milyon 633,75 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6% çoxdur.

Defakto.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Statistik göstəricilərə əsasən, 7 ay ərzində Azərbaycanın İtaliyaya ixracının həcmi 21,5% artaraq 7 milyard 195 milyon 299,05 min ABŞ dollarına çatıb. İxracın payı 47,25% olub (2024-cü ilin yanvar–iyul aylarında – 36,78%).

Eyni zamanda, İtaliyadan idxalın həcmi 2,9% artaraq 303 milyon 334,7 min ABŞ dollarına çatıb. İdxalın payı isə 2,23% təşkil edib (2024-cü ilin yanvar–iyul aylarında – 2,73%).