Baş nazirin müavini: Moskva-Bakı növbəti həftə Zəngəzur dəhlizini müzakirə edəcək

"Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz orada əsasən Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə baxacağıq. Beləliklə, irəliləyiş var".
Defakto.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Overçuk qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyannaməsinin doqquzuncu bəndinin icrası üzərində işləyən və kommunikasiyaların açılmasının bütün nüanslarını ətraflı müzakirə edən üçtərəfli işçi qrupu var.
"Ona görə də biz, əlbəttə ki, tərəflərin üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərin həllində nə qədər irəliləyiş göstərdiyini bilməkdə maraqlıyıq. Bəzi nüanslar Rusiyanın Cənubi Qafqazdakı maraqlarına, ilk növbədə, dəmir yolu kommunikasiyalarının inkişafı nöqteyi-nəzərindən toxunur. Ona görə də, biz bu nüansların həlli yollarının tapılıb-tapılmadığını eşitməkdə çox maraqlı olacağıq", - o vurğulayıb.
Overçuk onu da qeyd edib ki, əgər bütün bu məsələlər həll olunubsa, bu, hesablamaların texniki-iqtisadi əsaslandırma müstəvisinə çevirməli, bu layihələrin iqtisadiyyatına nəzər salmalı və kommunikasiyaların açılması ilə məşğul olunmalıdır: “Amma yenə də Ermənistan və Azərbaycanla əldə etdiyimiz və yekunlaşdırdığımız qarşılıqlı fəaliyyət çərçivəsində üçtərəfli səylər tələb olunacaq".
Mürtəza