Bələdiyyəsinin sədri borcu ödəyə bilmədi - Məhkəmə qərarı

image

Qazax rayonu, Xanlıqlar bələdiyyəsinin sədri Mahmud Həməşəyevin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Defakto.az Qaynarinfo-ya istinadən xəbər verir ki,  Dövlət Vergi Xidməti yanında 14 saylı Ərazi Vergilər İdarəsi Mahmud Həməşəyev barəsində məhkəməyə müraciət edib. 

Bələdiyyə sədrinin Dövlət Sosial Müdafiə Fonduna 5639,98 manat, işsizlikdən sığorta fonduna 83,1 manat, İcbari Tibbi Sığorta Fonduna 903,87 manat məbləğində borcu var. 

Məhkəmənin qərarı ilə Mahmud Həməşəyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.