Kallas: Moskvaya güzəşt yoxdur

image

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyəcək.

Defakto.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Kaja Kallas bildirib.

Moskvaya xəbərdarlıq edən Kallas deyib ki, Rusiya tam və qeyd-şərtsiz atəşkəsə razılaşana qədər heç bir güzəşti belə müzakirə etməməliyik: “Atılan addımların ardıcıllığı vacibdir. Birincisi, etibarlı monitorinq sistemi və ciddi təhlükəsizlik zəmanətləri ilə qeyd-şərtsiz atəşkəsin əldə edilməsidir. Bunun üçün də 19-cu sanksiyalar paketi üzərində işləyəcəyik".

Mürtəza