Telefon fırıldaqçıları məşhurların ailəsindən də milyonlar qopara bilirlər

image

Rusiyalı futbolçu Dmitri Tarasov sosial şəbəkədəki səhifəsində maraqlı paylaşım edib.

Defakto.az xəbər verir ki, idmançı fırıldaqçıların qurbanı olan anasının durumundan danışıb.

"Daha bir vacib şeyi yadda saxlayın. Bu, "Qosusluqi", banklar və s. ilə bağlıdır.  FSB əməkdaşları sizinlə heç vaxt telefonla danışmazlar... Anamı hipnoz ediblər. Hazırda onunla psixoterapevtlər işləyir, vəziyyəti yaxşıdır. Yanımdadır, mənim evimdədir. Polisə ərizə yazmışıq. Hazırda araşdırma aparılır", - o yazıb.

Xatırladaq ki, Tarasovun anası cinayətkarlara telefon zəngindən sonra 6 milyon rubl verib. O, hətta maşını da satıb. Hadisə avqustun 5-də baş verib. Əvvəlcə naməlum şəxslər “Qosusluqi” xidmətinin sındırıldığını bildiriblər. Sonra isə qadını “FSB əməkdaşı” ilə əlaqələndiriblər. Zərərçəkmiş üç gün ərzində borc götürərək ona müxtəlif məbləğlər köçürüb. Qadına oğluna zəng etmək də qadağan edilib.

Məşhur futbolçu olan Tarasov peşəkar futbolçu karyerası ərzində “Lokomotiv”, “Rubin”, “Moskva” və “Tom” klublarında çıxış edib. O, karyerasını 2021-ci ildə başa vurub. Peşəkar karyerasında sonuncu klubu Moskva vilayətinin "Veles"i olub. İdmançı karyerası ərzində Rusiya millisində də bir neçə oyun keçirib.(iqtisadiyyat.az)