Ətrafı külə döndü, nektarin bağı zərər görmədi

image

Türkiyənin Bursa şəhərində meşə yanğını beşinci günündə yanğınsöndürənlər tərəfindən söndürülməyə çalışılır. Gürsu və Kestel rayonları arasında baş verən yanğında ətrafı külə dönən 48 dönümlük nektarin bağı yanğından zərər görməyib.

Defakto.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, yanğında meşəlik ərazidə yerləşən 48 dönümlük nektarin bağı alovların arasında qalmadan xilas olub.

Bağın 24 dönümlük hissəsinin sahiblərindən biri olan Hamdi Ülgən yanğın günü traktorların arxasına bağladıqları su çənləri ilə söndürmə işlərinə qatıldıqlarını bildirib.

O bildirib ki, bağın zəmini vaxtında quru otlardan təmizlənib və bu da yanğının sıçramasının qarşısını alıb:

“Biz buranı daim sulayırdıq, bu da bizi xilas etdi. Yanar deyə qorxduq, burada çox böyük alovlar vardı, bu ərazi yanıb deyə düşündük. Hər tərəfi tüstü bürümüşdü. Qığılcımlar başımızın üzərində uçurdu.

Yanmadığını görəndə kənd olaraq təəccübləndik. Allahın möcüzəsi, yəqin ki, verilmiş sədəqəmiz vardı. Hətta dostlarımız ‘Qəlbiniz təmiz imiş, yeriniz xilas olub’ dedilər. Sadəcə az sayda kənar ağaclarda zərər var".

523350

Həmidə İbrahimova