Azərbaycanlıları təhqir edən rus tarixçi öldü

image

Keçmiş SSRİ xalqları haqqında bir sıra rezonanslı və təhqiramiz açıqlamaları ilə tanınan tarixçi Mixail Smolin Rusiyada vəfat edib.

Defakto.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 2024-cü il yanvarın 22-də Mixail Smolin NTV kanalında SSRİ-nin yaranmasına qədər özbəklər və qazaxların millət kimi mövcud olmadığını, özbəklərin “bir neçə xalqın birləşməsi” səbəbindən meydana çıxdığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova daha sonra bəyan edib ki, bu “iyrənc bəyanatlar sırf subyektiv xarakter daşıyır”.

Bundan əlavə, Smolin NTV telekanalında bildirib: "Azərbaycanlılar kimdir? Belə bir millət yoxdur".