Azərbaycanda universitet 6 vəzifəyə işçi axtarır - SİYAHI

image

Azərbaycan Dövlət Aqrar Universiteti bir sıra vəzifə üzrə vakansiya elan edib.

Defakto.az-ın məlumatına görə, ali təhsil müəssisəsi aşağıdakı boş vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Zoomühəndislik fakültəsi üzrə dekan
Torpaqşünaslıq və aqrokimya fakültəsi üzrə dekan
Ekologiya və meşəçilik kafedrasının müdiri
Meliorasiya və texniki qurğular kafedrasının müdiri
Balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri
Bitki mühafizəsi kafedrasının müdiri

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bu gündən 1 ay müddətinə təqdim etməlidir.

Ünvan: Gəncə şəhəri, Atatürk prosp.450
Əlaqə (022) 266 00 56, 266 89 57

Billurə Yunus