Gəncədə 22 yaşlı qız döyülərək öldürüldü - Şübhəli atasıdır

image

Gəncə şəhər Bayan küçəsində 2003-cü il təvəllüdlü Həsənli Leyla Səməd qızı aldığı xəsarətdən dünyasını dəyişib.

Defakto.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, onun atası tərəfindən döyülərək öldürüldüyü bildirilir.

Hadisəni törədməkdə şübhəli bilinən Səməd Həsənli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.