Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“DEFAKTO.az”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.