Məhərrəm İbrahimov və Sirac Abışovun erməni terrorunun qurbanı olmasından bir il ötür | DEFAKTO.AZ Məhərrəm İbrahimov və Sirac Abışovun erməni terrorunun qurbanı olmasından bir il ötür – DEFAKTO.AZ

Məhərrəm İbrahimov və Sirac Abışovun erməni terrorunun qurbanı olmasından bir il ötür

74

Bu gün peşə borcunu yerinə yetirərkən Azərbaycan mətbuatının iki nümayəndəsinin erməni terrorunun qurbanı olmasından 1 il ötür.

Defakto.az xatırladır ki, Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü.

Nəticədə DEFAKTO.az-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 4-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Məhərrəm İbrahimov və Sirac Abışov vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir