Ukrayna Rusiya ilə danışıqların nə vaxt bərpa olunacağını açıqladı | DEFAKTO.AZ Ukrayna Rusiya ilə danışıqların nə vaxt bərpa olunacağını açıqladı – DEFAKTO.AZ

Ukrayna Rusiya ilə danışıqların nə vaxt bərpa olunacağını açıqladı

76

Ukrayna və Rusiya arasında danışıqlar rusiyalı müzakirəçilər öz təbliğatları altında qalmağı dayandırdıqdan sonra bərpa olunacaq.

Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Hesab edirdik ki, onların həqiqətən müzakirə olunan bir şey haqqında danışmaq hüququ var. Lakin bəyanatlarından, xüsusən də danışıqlar qrupunun üzvlərindən göründüyü kimi, onlar təbliğatlarının təsiri altındadırlar”, – o deyib.

Ukrayna rəsmisinin sözlərinə görə, danışıqlar prosesi o zaman başlayacaq ki, Rusiya elitası öz təbliğatına müraciət etməyi dayandırıb real şeylər haqqında danışmağa başlayacaq: “Ukraynada nə edirlər, bura niyə gəliblər və buradan necə çıxacaqlar”.

“Onların bu barədə danışmağa hazır olmaları üçün Ukrayna Silahlı Qüvvələri bir az da güclənməlidir və bunun üçün tərəfdaşlarımızdan istədiyimiz silahlara ehtiyacımız var. Bütün bunlar bitəndə, biz Ukrayna Prezidentindən mandat alacağıq və bundan sonra danışıqlar prosesi yenidən başlayacaq”, – Podolyak əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir