Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? – AÇIQLAMA | DEFAKTO.AZ Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? – AÇIQLAMA – DEFAKTO.AZ

Buraxılış imtahanında az bal toplayanlar qəbul imtahanında iştirak edə bilərmi? – AÇIQLAMA

98

“Buraxılış imtahanında az bal toplayanlar da qəbul imtahanında iştirak edə bilərlər. Burada hansısa hüquqi tələb yoxdur”.

Defakto.az DEFAKTO.az-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanında iştirak edənlərin 67 min 131-i ali məktəblərə də sənəd verib: “Onların nəticələrini təhlil edəndə görürük ki, 200 baldan yuxarı nəticə göstərən 10 mindən çox şagird var. Amma qruplarda bu rəqəmlər fərqlidir”.

Qeyd edək ki, bu il mart ayının 5-6-sı və 12-13-də paytaxt və bölgələlərdə XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. Buraxılış imtahanlarında maksimum bal 300-dür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir