Azərbaycanda bu COVID-19 tələbi ləğv olundu | DEFAKTO.AZ Azərbaycanda bu COVID-19 tələbi ləğv olundu – DEFAKTO.AZ

Azərbaycanda bu COVID-19 tələbi ləğv olundu

295

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Defakto.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən, 2022-ci il aprelin 15-dən etibarən:

  • Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
  • Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir