Ombudsmanın 2021-ci ildə insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər haqqında məruzəsi qəbul olunub.
Defakto.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə aparılıb.
Ombudsman Səbinə Əliyeva parlamentin iclasında hesabatı təqdim edib. Deputatların müzakirəsindən sonra hesabat qəbul olunub.
***
11:32
Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabat verir.
Defakto.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasının gündəliyinə uyğun olaraq, Ombudsman 2021-ci ildə insan hüquqlarının qorunması ilə bağlı görülən işlər haqqında məruzə ilə çıxış edir.
Səbinə Əliyeva çıxışına azad olunmuş ərazilərdə görülən işlər barədə danışmaqla başlayıb:
“Bu gün işğaldan azad edilmiş ərazilər minalardan təmizlənir, avtomobil yolları, dəmiryolları tikilir və xüsusilə, region üçün əhəmiyyətli olan Zəngəzur dəhlizinin təməli qoyulur”.
***
09:00
Bu gün Milli Məclisin plenar iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) hesabatı dinləniləcək.
Defakto.az xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında məsələ daxil edilib.
Hesabat iclasında Ombudsman Səbinə Əliyeva özü şəxsən iştirak edəcək. Məlumata görə, Ombudsman məruzə ilə yanaşı bir sıra məsələlər üzrə təkliflərini də səsləndirəcək.