Sabir Rüstəmxanlı: Azərbaycan Ukraynalı qaçqınlara kömək edə bilər | DEFAKTO.AZ Sabir Rüstəmxanlı: Azərbaycan Ukraynalı qaçqınlara kömək edə bilər – DEFAKTO.AZ

Sabir Rüstəmxanlı: Azərbaycan Ukraynalı qaçqınlara kömək edə bilər

73

“Dünya ağır durumdadır, proseslər Üçüncü Dünya savaşının sərhədinə gəlib çatıb. Hər an Dünya müharibəsi başlaya bilər”. 

Defakto.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib:

“Bu gün dünya Ukraynanın yanındadır. Bu, bizi sevindirir. Amma biz istəyərdik ki, 30 il işğal yaşayan, haqqı tapdanan Azərbaycana qarşı da belə münasibət göstərilərdi. Azərbaycan müharibə fonunda çox dəqiq addımlar atır. Bəzən buna fərqli don geyindirməyə çalışanlar var. Amma hər kəs bilir ki, Azərbaycanın addımları, mövqeyi düzgündür”. 

Deputat ukraynalı qaçqınlara Azərbaycanın şərait yarada biləcəyini vurğulayıb:

“Biz onsuz da qaçqınları təmin etməyə öyrəşmişik. Bəlkə Azərbaycan ukraynalı qaçqınlara da kömək edə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir