Bakıda gəlinini öldürərək doğrayan şəxs apellyasiya şikayəti verdi | DEFAKTO.AZ Bakıda gəlinini öldürərək doğrayan şəxs apellyasiya şikayəti verdi – DEFAKTO.AZ

Bakıda gəlinini öldürərək doğrayan şəxs apellyasiya şikayəti verdi

70

Qeyd edək ki, 2021-ci il yanvarın 27-də saat 01:00 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında beş ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələri aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində aşkar edilən naməlum qadın meyitinin 1989-cu il təvəllüdlü Məhərrəmova Banı Xudayar qızı olması və hadisəni isə zərərçəkmişin qayınatası – 1946-cı il təvəllüdlü İ.Məhərrəmov tərəfindən törədildiyi müəyyənləşdirilib.

Belə ki, İ.Məhərrəmov gəlinin baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək, onu xüsusi amansızlıqla qəsdən öldürüb, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarına atıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Defakto.az report-a istinadən xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir