İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilir – SİYAHI | DEFAKTO.AZ İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilir – SİYAHI – DEFAKTO.AZ

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilir – SİYAHI

101

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilir.

Defakto.az-ın report-a istinadən xəbərinə görə, bununla bağlı Milli Məclisin qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq.

Dəyişikliklə, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiləcəklər:

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:

1. Zeynalov Vüqar Eldar oğlu

2. Abdullayeva İlhamə Xanlar qızı

Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:

1. Əliyev Azər Ruslan oğlu

2. Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:

1. Yusifova Sevil Şərif qızı

2. Mansurova Zirəngiz Dəmirçi qızı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir