AZAL-ın Dubay-Bakı reysi gecikir | DEFAKTO.AZ AZAL-ın Dubay-Bakı reysi gecikir – DEFAKTO.AZ

AZAL-ın Dubay-Bakı reysi gecikir

106

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakıya yola düşməli olan təyyarəsinin uçuşu (J2-012 reysi) texniki səbəblərə görə gecikir.

Defakto.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq yemək və alkoqolsuz içki ilə təmin ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir