“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sorğusunun nəticələri açıqlanıb | DEFAKTO.AZ “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sorğusunun nəticələri açıqlanıb – DEFAKTO.AZ

“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sorğusunun nəticələri açıqlanıb

440

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi sosioloji sorğu və tədqiqat layihəsinin nəticələri açıqlanıb.

Defakto.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir Azərbaycanda ailə münasibətlərinə dair videoçarxın nümayiş olunması ilə başlayıb.

Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc tədqiqatın məqsədindən danışıb. O qeyd edib ki, ailə və dövlətin müqəddəratı hər zaman eyni olur: “Bu gün ailə institutu, milli dəyərlər sistemi fasiləsiz xarici təzyiqlərə məruz qalır. Azərbaycan ailəsi bir tərəfdən tarixin sərt sınaqlarından çıxaraq köklü dəyərləri və ənənələri, norma və idealları özündə qoruyub saxlamağa çalışır, digər tərəfdən dünyada radikal dəyişikliklər hər bir millətin üzərində qərarlaşdığı fundamental dayaqlara hücum edir, onun fərqliliyini və müqəddəsliyini əlindən almağa çalışır”.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğunun nəticələri təqdim olunub. Sorğu son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin, eləcə də dövlət ailə siyasətinin sistemli təqdim edilməsi aspektində demək olar ilk dəfə aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir