Kadırov Türkiyəni təhdid etdi: acığa Öcalanın adına Qroznıda park açacaq | DEFAKTO.AZ Kadırov Türkiyəni təhdid etdi: acığa Öcalanın adına Qroznıda park açacaq – DEFAKTO.AZ

Kadırov Türkiyəni təhdid etdi: acığa Öcalanın adına Qroznıda park açacaq

436

Çeçenistanın prezidenti Ramzan Kadırov Kocaelidə açılan Cevher Dudayev parkına görə Türkiyəni təhdid edib.

Defakto.az xəbər verir ki, Kocaeli Körfez Bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan Cevher Dudayev Parkı son bir neçə gündə tamamlanaraq istifadəyə verilib. Rusiyanın Çeçenistanı işğalı zamanı cəbhədə şəhid olan İçkeriya Çeçenistan Respublikasının birinci prezidenti Dudayevi “terrorçu” hesab edən rusiyapərəst Kadırov sərhədləri aşaraq Türkiyə və prezident Ərdoğana qarşı qalmaqallı mesaj yayımlayıb.

Sosial media hesabından açıqlama yayan Kadırov parkın açılışından sonra Türkiyəni “terrorçuları dəstəkləməkdə” ittiham edib.

Prezident Ərdoğanın adını çəkməklə onu hədəfə alan Kadırov açılan parka cavab olaraq “PKK lideri Abdullah Öcalanın heykəlini qoyacağı ilə” hədələyib.

“Bizim nöqteyi-nəzərimizdən Türkiyə həbsxanalarından birində ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının (PKK terror təşkilatını nəzərdə tutur – red.) qurucusu Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi kifayət qədər məntiqli və siyasi cəhətdən düzgün olardı”, – deyə Kadırov bildirib.

Qeyd edək ki, 11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana qarşı hərbi əməliyyatına qarşı savaş elan edən və 21 aprel 1996-cı ildə hücumda şəhid olan Dudayev Türkiyəni Türk və İslam dünyası üçün ümid işığı kimi qiymətləndirib. Dudayev açıqlamasında deyib: “Unudulmamalıdır ki, Türkiyə həm türk dünyasının, həm də İslam dünyasının ümid işığıdır. Bu işığın sönməsi həm İslam dünyasının, həm də türk dünyasının qaranlığa qərq olması deməkdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir