Azərbaycan Prezidenti: “Ermənistan istənilən düşmənçilik hərəkətlərindən çəkinməlidir” | DEFAKTO.AZ Azərbaycan Prezidenti: “Ermənistan istənilən düşmənçilik hərəkətlərindən çəkinməlidir” – DEFAKTO.AZ

Azərbaycan Prezidenti: “Ermənistan istənilən düşmənçilik hərəkətlərindən çəkinməlidir”

261

“Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır”.

Defakto.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“İstənilən halda biz qonşuyuq və bizdən heç kim digər planetə uçası deyil. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib”, – dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, Ermənistanın müharibədə məğlubiyyəti yüksək gözləntilər və hərbi-siyasi potensialın qeyri-real qiymətləndirilməsi səbəbindən onların cəmiyyətində psixoloji travma yaradıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir