Xəyyam Nisanov: “Azərbaycanda kasıb müğənni yoxdur, yetəri qədər evləri, maşınları var” | DEFAKTO.AZ Xəyyam Nisanov: “Azərbaycanda kasıb müğənni yoxdur, yetəri qədər evləri, maşınları var” – DEFAKTO.AZ

Xəyyam Nisanov: “Azərbaycanda kasıb müğənni yoxdur, yetəri qədər evləri, maşınları var”

630

Əməkdar artist Xəyyam Nisanov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Defakto.az xəbər verir ki, “Üzə-düz” verilişinə dəvət olunan ifaçı son zamanlar sənət adamlarının dövlətdən yardım istəməsi məsələsindən danışıb.

Xəyyam bu mövzuya “İllər ərzində planlarını düzgün qura bilməyiblər. 60 yaşa çatanda heç nəyim yoxdur deyirlər” sözləri ilə sərt münasibət bildirib. Əməkdar artist fikirlərinə bunları da əlavə edib:

“Bizim o qədər varlı sənətçilərimiz var ki. Azərbaycanda kasıb müğənni yoxdur. Maşallah olsun, hər kəsin yetəri qədər evləri, maşınları var. Efiri açanda isə görürük ki, “iş yoxdur” deyib ağlayırlar. Kimsə fikirləşirsə ki, xarici markalı avtomobilini digər xarici markalı maşına dəyişmək problemdir və bu kasıblıqdır, artıq bu, düzgün deyil.

Musqiçilərimizin hər birinin 1 yox, 2 avtomobili var. Yeni tikilmiş binada mənzilləri var. 20 ildir, bu işin içindəyəm, hamını gözəl bilirəm. Tanınmış ifaçı efirə çıxıb “çörək tapa bilmirəm” deyəndə təəccüblənirəm. Yəqin ki, illər ərzində planlarını düzgün qura bilməyiblər. 60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir