İmkansızlıqdan şikayətlənən sənət adamlarını tənqid etdi | DEFAKTO.AZ İmkansızlıqdan şikayətlənən sənət adamlarını tənqid etdi – DEFAKTO.AZ

İmkansızlıqdan şikayətlənən sənət adamlarını tənqid etdi

73

“Adlar çəkib kimlərisə incitmək istəmirəm. Hər şeyi dövlətdən ummaq olmaz: ev, bağ, ad, orden versin. Xəstəyəm müalicə etsin, xərcimi çəksin, xaricə göndərsin…”.

Defakto.az xəbər verir ki, bu szöləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkə hesabında yazıb. O, ev istəyən sənət adamlarını tənqid edib:

“Təbii, söhbət sənətdə müstəsna xidməti olanlardan, sənət tarixinə imza atanlardan getmir. Bunu hamıya da şamil etmək olmaz. “Xalqa xidmət göstərmişəm” deyib, dövlətin boynuna minnət qoymağı yanlış hesab edirəm. Sevdiyin sənəti seçmisən, məşğul olmusan. Bu peşəyə görə az-çox məvacib almısan. Bu işə səni kimsə məcbur etməyib. Yenə deyirəm, sözüm sənəti böyük olanlara deyil. Ona qalsa, müəllim, həkim, polis, jurnalist, neftçi də xalqa xidmət göstərib. heç də az xidmət göstərməyib… Polisin gecəsi-gündüzü yoxdur, daima ayaqdadır. Xəstələnəndə car çəksin ki, dövlət bütün xərclərimi ödəsin? Kifayət qədər sənət adamına sahib çıxılıb, müalicə edilib, xaricə göndərilib. Düzdür, neçə sənət adamının acınacaqlı ölümünü də gördük: qapılarda, kimsəsiz, evsiz, eşiksiz. Bunun günahını dövlətdə görmək ədalətsiz olardı. İnsan həyatənı elə qurmalıdır ki, sabah doğmaları, əzizləri ona sahib çıxsın, övladları yiyə dursun.

Qaldı ki, layiq olmayanlara verilməsinə… Bu başqa mövzudur”.

Qeyd edək ki, son günlər Əməkdar artist Firuzə İbadova şəraitsiz evdə yaşaması ilə gündəmə gəlib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir