“İkinci Qarabağ müharibəsində erməni terroruna məruz qalan şəhərlərdən biri də Gəncə idi. Bu ərazinin açıq muzey olması ilə bağlı məsələ gündəmdə olsa da, öz həllini tapmayıb”.
Defakto.az apa.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, hazırda həmin ərazidə aşınmalar var: “Xahiş edirəm bu məsələnin ən qısa vaxtda həll edilməsi üçün işlər görülsün”.
O, həmçinin, tələbə, şagird və müəllimlərə nəqliyyatdan istifadə ilə bağlı güzəştlər müəyyən olunmasını təklif edib: “Bu güzəştlər şəhid ailələri və qaziləri də əhatə etməlidir. Eyni zamanda Gəncə sakinlərini narahat edən məsələlərdən biri Gəncə-Bakı sürət qatarı ilə bağlıdır. Təklif edirəm ki, bu qatarın işinin bərpası üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq vəsait ayrılsın”.