Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aygün Nağıyevanın işdən çıxarılması ilə bağlı xəbər yayılıb.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya bildirilib ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 4 noyabr 2021-ci il tarixdə Nağıyeva Aygün Nağı qızı ilə bağlanmış müqavilənın vaxtı bitib, yenidən müqavilə imzalanmayıb.
Məsələ ilə bağlı Aygün Nağıyeva isə saytımıza açıqlamasında deyib ki, baş həkim kimi işinə davam edir.