Ceyms Şarp: “COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq” | DEFAKTO.AZ Ceyms Şarp: “COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq” – DEFAKTO.AZ

Ceyms Şarp: “COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq”

12




“Sabahkı Laçın səfərini səbirsizliklə gözləyirəm. Çünki işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, ümumiyyətlə, Qarabağdakı inkişafı öz gözümlə görmək istəyirəm”.

Bu sözləri DEFAKTO.az-a açıqlamasında ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Forumda iştirak etməyi özü üçün şərəf kimi dəyərləndirən diplomat deyib ki, Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycandakı və regiondakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.

“Mən Azərbaycanda səfir kimi fəaliyyət göstərərkən ölkəm COP26-ya ev sahibliyi edib. Azərbaycanın bu mötəbər tədbiri təşkil etməsi mühüm hadisədir. COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Bu, həmçinin böyük məsuliyyətdir”, – deyə o qeyd edib.