Çingiz Hüseynzadə: “Bayram ab-havasında oyun izlədik” | DEFAKTO.AZ Çingiz Hüseynzadə: “Bayram ab-havasında oyun izlədik” – DEFAKTO.AZ

Çingiz Hüseynzadə: “Bayram ab-havasında oyun izlədik”

3




“Bu gün bayram ab-havasında oyun izlədik”.

“DEFAKTO.az”un məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının final oyunu çərçivəsində keçirilən “Azərreyl” – ”Abşeron” (3:1) matçının ardından baş tutan bağlanış mərasimində danışan komitə rəsmisi qalib komandanı təbrik edib:

“Dünən kişilər arasında görüş olduqca gərgin idman şəraitində keçdi. Bu gün isə “Azərreyl” – “Abşeron” matçı haqda eyni sözləri demək olar. Belə qarşılaşmalar Azərbaycanda voleybolun inkişafını göstərir”.